Şou-biznes

Hüseyn instaqram dostları ilə vidalaşdı: milyonluq səhifə sanksiyaya düşdü

12 Mart 2022 18:24
0 Şərh     Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiyada instaqrama giriş bloklanacaq. Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instaqram izləyiciləri ilə vidalaşmaq qərarına gəlib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bloger ötən gündən hekayə bölümündə videolar yayımlayaraq izləyiciləri ilə işlərini bölüşə biləcəyi digər proqramlar bölüşüb. 

"Heç vaxt düşünməzdim ki, bunu deyim. Rusiyada İnstaqramı bağlayırlar. Biz yaxşıya ümid edək. Bu baş versə, bilin ki, sizi sevirəm. Biz böyük ailə idik. Hər şeyi sizlə məsləhətləşir, yaxşını etməyə çalışırdım" deyə, Hüseyn bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.