Şou-biznes

"İrəm Dəriciyə 40 min qonorar ödəyiriksə, bizim də sənət adamlarına onu versinlər"

10 Mart 2022 16:48
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova Türkiyədən aldığı konsert təklifindən imtina edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda stilist Elnur Həsənov "Deməsəm olmaz" proqramında deyib. O bildirib ki, buna səbəb çox az qonorar təklif edilməsi olub:

"Çox cüzi qonorar idi: 1000-1500 manat arası idi. Hər şeyi qarşılayırdılar, amma qonorar az idi. İstəyərdim ki, biz Zeynəb Bastıqa, İrəm Dəriciyə, Gökhan Tepeyə 30-40 min qonorar ödəyiriksə, bizim də sənət adamlarına onu versinlər. Hətta Sibel Cana yüz minlərlə qonorar verilir. Biz qonorarımızı dedik və onlar razılaşmadı. Bizim sənət adamları yüksək məbləğ istəməlidir. Özünü istəyən insan onların dediyi məbləğlə razılaşmır".

Elnur əlavə edib ki, konsertlərdən biri İzmirdə olmalı imiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.