Türkiyənin estrada ulduzu İrem Derici Azərbaycana gəlib.
Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur müğənni ötən gün Bakının populyar restoranlarından birində səhnəyə çıxıb. Derici 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan gecədə öz və həmkarlarının repertuarına müraciət edib.
O, həmçinin Xalq artisti Aygün Kazımovanın "Şəklimi çək" mahnısını canlı olaraq ifa edib.
Konsertin aparıcısı Zümrüd Bədəlova olub.
Milli.Az