Şou-biznes

Maykl Ceksonun Las-Veqasdakı malikanəsi satılır

5 Mart 2022 18:48
0 Şərh     Baxış: 1 172
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Las-Veqas şəhərində müğənni Maykl Ceksonun icarə əsasında yaşadığı malikanə satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, obyekt 9,5 milyon dollar dəyərində qiymətləndirilib.

Cekson 2006-cı ildə onu icarəyə götürüb və bir il orada yaşayıb. O, yaşayış üçün ayda 50 min dollar ödəyib.

Ev hazırda təqaüdçü həkim Donq Xue və onun həyat yoldaşına məxsusdur. Onlar evi 2010-cu ildə 3,1 milyon dollara alıblar.

2400 kvadratmetrlik malikanə bal zalı, yay mətbəxi, veranda, tennis kortu, hovuz və spa sahəsi ilə təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.