Şou-biznes

İlkinin küsülü olduğu Kənan MM-lə bağlı paylaşım

4 Mart 2022 16:12
1 Şərh     Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı İlkin Həsəni küsülü olduğu rejissor Kənan MM-lə (Kənan Mahmudov) bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi İnstaqram "Story"də efirdə yayımlanan "Gecə qonağı" filmindən kadrı izləyiciləri ilə bölüşüb. İlkinin ekranda görünən Kənanı filterlə çəkməsi gözdən yayınmayıb.

Qeyd edək ki, illər öncə Kənan feysbukda İlkin Həsəninin müəllifi olduğu layihələrlə bağlı "sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır" şərhini yazmışdı.

İ.Həsəni isə ona "Bayaq gördüm ki, 2014-ci ildə ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm məni qabaqlayıblar. Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar!" sözləri ilə cavab vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.