Şou-biznes

Qalkinə Ukrayna ilə bağlı paylaşımına görə qadağa

3 Mart 2022 11:24
0 Şərh     Baxış: 1 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı şoumen Maksim Qalkinin çəkildiyi bank reklamı federal telekanallarının efirindən yığışdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə RBK banka yaxın mənbələrinə istinadən bildirib.

Buna səbəb Qalkinin Ukraynada davam edən hərbi əməliyyatlar barədə fikir bildirməsi olub.

O, fevralın 24-də etdiyi paylaşımında bunları yazmışdı: "Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifadə etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haqq qazandırmaq olmaz! Müharibəyə yox!"

Bank məsələ ilə bağlı şərh verməkdən imtina edib, Maksim Qalkin də sözügedən qadağa ilə bağlı danışmayıb. Onun sonuncu instaqram paylaşımı fevralın 25-də olub - şoumen teleqram kanalının yaradılması barədə bildirib.

Qeyd edək ki, sözügedən reklam ötən ilin avqustunda çıxıb. Çarx həm televiziyada, həm də internetdə yayımlanırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.