Şou-biznes

“Putin dünyanı ələ keçirmək istəyir” - Avroviziya-2016 qalibi

2 Mart 2022 16:24
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Putinin sərsəm planları var, o, bütün dünyanı ələ keçirmək istəyir. Məncə,o, xəstədir, həqiqətən də bu belədir".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Türkiyəyə sığınan Avroviziya-2016 qalibi Jamala deyib.  O, İstanbulda keçirdiyi mətbuat konfransında Ukraynadakı hərbi əməliyyatlardan danışıb:

"Fevralın 26-da səhər saat 6-da biz yenidən bomba səsinə oyandıq, çünki yaxınlıqdakı hava limanına hücum olunurdu. Sonra Ruminıya sərhədinə gəldik. Ora çatanda türklər bizi xilas etdilər.

Mən siyasətçi deyiləm, amma bilirəm ki, Ukrayna evimdi və ora  kimsə gəlib və bu səbəbdən buradayam, hazırda qaçqınam. Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Nənəmin başıma gələnləri yenidən yaşayacağımı heç düşünməmişdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.