Şou-biznes

Nazpəri Dostəliyeva "Fashion of Amsterdam" həftəsində - FOTO

12 Mart 2012 16:11
0 Şərh     Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva Novruz bayramını əzizlərindən uzaq, Hollandiyanın paytaxtı Amsterdamda qeyd edəcək. Sənətkarın bu və digər yenilikləri haqqında meneceri Mikayıl Hüseynov məlumat verdi: "Bir neçə gün öncə yaydığımız məlumatda bildirmişdik ki, Nazpəri xanım milli bayramımızla əlaqədar Şirvan bölgəsində yerləşən bir neçə şəhərimizdə konsert proqramı ilə çıxış edəcək. Amma öncədən planlaşdırılmayan dəvət, bəzi planlara dəyişiklik edilməsi ilə nəticələndi. Nazpəri xanımın konsertlərini düzənləyən təşkilatın əməkdaşları ilə ortaq qərarımız bu oldu ki, turneni 15 iyun Qurtuluş Günü ərəfəsində keçirək.

Dəvətə gəldikdə isə Hollandiyada yaşayan həmyerlilərimizin illərdən bəri yaratdıqları cəmiyyətlərdən birinin nümayəndələri arzu etdilər ki, Nazpəri xanım hər il ənənəvi olaraq keçirilən "Fashion of Amsterdam" beynəlxalq moda həftəsində fəxri qonaq kimi qatılsın. Çoxları bilir ki, Nazpəri xanım nəinki Amsterdamda, sözügedən ölkənin müxtəlif şəhərlərində həmyerlilərimiz qarşısında dəfələrlə çıxış edib. Moda həftəsinə fəxri qonaq kimi dəvət təklifinin də məhz ona gəlməsi heç də təəccüblü deyil. Tam dəqiqləşmədiyi üçün xalq artistinin beynəlxalq tədbir zamanı konsert proqramı ilə cıxış edib-etməyəcəyi haqqında məlumat verməyə tələsmirəm. Yəqin ki, bir-iki günə təfərrüatlar haqqında mətbuata xəbər verəcəyik".

Onu da öyrəndik ki, bir neçə tanınmış türk estrada ulduzunun da qatılacaqları tədbir martın 20-də və 21-də təşkil olunacaq. Bu səbəbdən xanım Dostəliyeva Hollandiyaya ayın 19-u yollanacaq.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.