Şou-biznes

“Saatına 5 dollar qazanırdım” - Xalq Artisti

21 Fevral 2022 20:18
Baxış: 1 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Emin Ağalarov qazandığı ilk puldan danışıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sənəti bu barədə "İstoris - Otkroyte, David!" adlı yutub proqramına qonaq olarkən deyib.

"Mənim üçün pul ideyaları həyata keçirməyə kömək edən alətdir. Pul hər zaman çatmır, çünki çoxlu ideyalar var və onların gündəlik həyata keçirilməsi üçün böyük resurs tələb olunur", - E.Ağalarov qeyd edib.

Həyatın Amerika dövründən danışan E.Ağalarov bunları bildirib: "İlk iş yerim yanacaqdoldurma məntəqəsində olub, orada saatına 5 dollar nağd pul verirdilər. İlk pulumu müxtəlif saatlar, "matryoşka" kuklalar satdığım "Ebay" auksionunun köməyi ilə qazanmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.