"Netflix"in yeni "qəhrəman"ları 4,5 milyard dollar mənimsəyən cütlükdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Netflix" tarixin ən böyük maliyyə cinayətini törədərək milyardlarla dollarlıq oğurlanmış kriptovalyutaları yumağı bacaran rusiyalı cütlüyün saxtakarlığı haqqında sənədli serial çəkəcək.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin qəhrəmanları kripto fırıldaqçılığı ilə məşğul olan İlya Lixtenşteynlə həyat yoldaşı Hizer Morqandır. Cütlük ötən həftə 2016-cı ildə "Bitfinex" kriptovalyuta birjasına kiberhücum zamanı oğurlanmış 4,5 milyard dolları yumaqda ittiham edilərək saxlanılıb. Onları 20 il müddətinə həbs gözləyir.
Layihənin direktoru Kris Smit olacaq. Serialın yayım tarixi və aktyor heyəti hələ açıqlanmayıb.
Qeyd edək ki, İlya Rusiya və Amerika vətəndaşıdır. O, 1994-cü ildə valideynləri ilə birlikdə Rusiyanı tərk edib. "Daily Mail"in məlumatına görə, İlya onlayn marketinq şirkətinin həmtəsisçisi və investoru olub. Həyat yoldaşı Hizer Morqan isə "Razzlexan" təxəllüsü ilə musiqi karyerası qursa da, bu uğurlu olmayıb. O, Qərb mətbuatında "dünyanın ən pis rep ifaçısı" kimi tanınırdı. Bundan əlavə, o, "Forbes"də maliyyə rubrikasının müəllifi idi və özünü TikTok-da "maliyyə təsiredicisi" kimi göstərdi. Videolarında 20 yaşında xarici investisiya olmadan necə uğurlu biznes qurduğundan bəhs edirdi.
Cütlük fevralın 8-də Nyu-Yorkda saxlanılıb. İlya və Hizer kiberhücum zamanı oğurlanmış təxminən 120 min bitkoini (4,5 milyard dollar) yumaqda ittiham olunur. Hizer 3 milyon dollar girov müqabilində azadlığa çıxmağa razı olsa da, İlyanın 5 milyon dollarlıq girovu rədd edilib. Artıq cütlüyün oğurladığı 3,6 milyard dollar vəsait müsadirə olunub. Lakin cütlük vəsaitin bir hissəsini - təxminən 25 min bitkoini (1 milyard dollardan çox) çıxarmağı bacarıb. Buna baxmayaraq ABŞ səlahiyyətliləri, bunun tarixdə ən böyük kriptovalyuta müsadirəsi olduğunu bildirib.
Onu da qeyd edək ki, bu, "Netflix"in tanınmış fırıldaqçılar haqqında ilk belə ekran işi deyil. "Tinder fırıldaqçısı" adlı sənədli film qızları aldadaraq onların pullarını mənimsəyən Saymon Levaevdən bəhs edir. Ekran işi ötən həftə "Netflix" reytinqində birinci olub. Həmçinin, özünü varlı göstərən rusiyalı fırıldaqçı Anna Sorokina haqqında "Annanı icad etmək" sənədli film də platformada nümayiş etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
-
Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
-
Acun Ilıcalı: “Varlılar motosikletə minmir”
-
Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
-
Coli Ukraynada restoranda - (Foto)
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
XƏBƏR LENTİ
-
Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
-
Paltaryuyan maşına 3 top alüminium folqa atın - səbəb
-
Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
-
Bürclər üçün sentyabrın ən xoşbəxt günü
-
Acun Ilıcalı: “Varlılar motosikletə minmir”
-
Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır
-
Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
-
Gədəbəydə 1992-ci ildə törədilən qətl belə açıldı - (Video)
-
Coli Ukraynada restoranda - (Foto)
-
Kiçik mağazaların sonu gəldi - səbəb
-
İran ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurub
-
Bakının 2 rayonunda işıq olmayacaq
-
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
-
ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib
-
Günün qoroskopu: Xərcləri tənzimləmək üçün əla gündür
-
71 yaşlı kişi 28 yaşlı oğlunu bıçaqladı - (Video)
-
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
-
Tramp: İran daha güclü zərbəyə məruz qalacaq
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
-
"Sabah" braziliyalı futbolçu transfer etdi
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq
-
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?





