Şou-biznes

"Xalq ulduzu"nun məşhur iştirakçısı masaj ustası işləyir

16 Fevral 2022 12:12
0 Şərh     Baxış: 5 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xalq ulduzu" yarışmasının iştirakçısı olan müğnni Şəhla Həmidova hazırda gözəllik salonunda masaj ustası kimi çalışır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Günün sədası" proqramında süjet yayımlanıb. O bildirib ki, toylara getmir:

"Pul qazanacağım yer bir toydu. Ora da bu gün kimi aparırlar göz qabağındadır. Mən "üç badam, bir qoz" mahnıları oxuya bilmirəm, oxumayacam da. Salonda masaj edirəm, əlimdən gələn qədəri...".

Şəxsi həyatında problem yaşayan ifaçı "Şəxsi həyat da olmadı. İkinci dəfə ailə qurmaq təklifi olmayıb. İndi ailə quranlar arxalı yer axtarır: alacaqları qızın ana-atasının yaxşı işi olsun. Məni bir övladla kim alar? Tək uşağımı oxutdum, litseyi, sonra universiteti bitirdi. İndi çox vaxt o mənə dəstək olur" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.