Şou-biznes

Şahzadə Endryu cinsi təcavüz iddiasını pulla həll etdi

16 Fevral 2022 11:36
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kraliça II Yelizavetanın oğlu şahzadə Endryu ABŞ-da Virciniya Jufre tərəfindən ona qarşı qaldırılan cinsi zorakılıq iddiası üzrə məsələni həll edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xanım Jufre 17 yaşında olarkən onu üç dəfə cinsi əlaqəyə məcbur etdiyini iddia edərək York hersoqunu məhkəməyə verib.

Şahzadə Endryu dəfələrlə bu iddiaları təkzib edib.

Çərşənbə axşamı ABŞ məhkəməsinə təqdim edilən sənəddə deyilir ki, cütlük məhkəmədənkənar barışıq əldə edib.

Məhkəmə sənədlərinə görə, razılıaşma həmçinin xanımın hesabına əhəmiyyətli ianə sayəsində mümkün olub.

Sənəddə deyilir ki, şahzadə Endryu heç vaxt xanım Jufreni ləkələmək niyyətində olmayıb. Qadın isə ədalətsiz ictimai hücumların qurbanı olduğunu etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.