Şou-biznes

Avraam ABŞ hava limanında saxlanıldı

14 Fevral 2022 16:58
Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı müğənni Avraam Russo növbəti dəfə ayağından əməliyyat olunmaq üçün ABŞ-yə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səfər zamanı ifaçı ABŞ hava limanında saxlanılıb. Buna səbəb Avraamın Kennedi hava limanında sənədini (Amerika vətəndaşının pasportunu) itirdiyinin ortaya çıxması olub. 2 saatdan sonra onun pasportu təyyarənin salonundan tapılıb və ifaçı sərbəst buraxılıb.

O, bildirib ki, əmliyyatdan sonra yenidən Moskvaya qayıdacaq.

Qeyd edək ki, bu, Avraamın ilk belə əməliyyatı deyil. Bu yaxınlarda o, omba nahiyəsindən əməliyyat olunub. Sənətçinin səhhətində problemlər hələ 2000-ci illərdə, onun həyatına qəsddən sonra başlayıb. İllər əvvəl ayağına qoyulan mil qan dövranının pozulmasına səbəb olduğu üçün dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.