Tanınmış reper Dado (Səid Əliyev) keçmiş xanımı, müğənni Natavan Həbibi ilə barışması haqda yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Dado instaqramda paylaşım edib.
"Mən heç kimlə barışmamışam. Oğlumu görməyə getmişdim",- deyə ifaçı vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Natavan Dado ilə oğlunun görüntülərini instaqramda paylaşmışdı. Bundan sonra onların barışması ilə bağlı xəbərlər yayılmışdı.
Milli.Az