Şou-biznes

Xalq artisti evdən çölə çıxa bilmir: "Qorxuram..."

3 Fevral 2022 19:00
1 Şərh     Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət öncə səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti Arif Babayevdən xəbər var. 

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən 83 yaşlı muğam ifaçısı bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Artıq yaxşıyam. Xəstəliyim yoxdur. Müayinə üçün xəstəxanaya da getmirəm. Dünyaya bu xəstəlik hardan gəldi? Xəstəlikdən çox qorxuram. Ona görə də evdən çölə çıxmıram. Özümü xəstəlikdən qoruyuram. Allah tezliklə bu xəstəliyi dünya üzündən yox etsin". 

Qeyd edək ki, xanəndə ötən ilin sonlarında səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.