Şou-biznes

Fanatı azərbaycanlı aktyora büstqalterini atdı - FOTO

2 Fevral 2022 18:12
0 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Eterna: Birinci hissə" fantastik serialında baş rollardan birini canlandıran azərbaycanlı Anar Xəlilov ən reytinqli proqramlardan biri olan "Veçerniy Urqant"ın qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, yayım zamanı A. Xəlilov sürgündə olan şahzadə Aldo Rakan roluna necə hazırlaşmasından danışıb. Eyni zamanda, A. Xəlilov teatr məktəbində qılıncoynatma üzrə təhsil aldığını, bibisinin rəhbərlik etdiyi sirkdə çalışdığını vurğulayıb:  "3 yaşımdan 15 yaşa qədər sirkdə işlədim, əllərimlə yeridim, salto vurmağı öyrəndim". 

Bundan sonra o, aparıcı İvan Urqantın stolu üzərində əlləri üstə dayanaraq bacarığını nümayiş etdirib. Həmçinin, efirdə Anarın xanım fanatlarından biri ona büstqalterini atıb. Urqant veriliş tarixində ilk dəfə belə bir halın baş verdiyini vurğulayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.