ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Nəfəs Məmmədli olub.
Milli.Az xəbər verir ki, müğənni oun sifarişlə öldürmək istəyən şəxsdən danışıb:
"Məni sifarişlə öldürmək istəyiblər. Bunu illər sonra öyrəndim. O şəxs müğənni deyil. Adını çəkməyəcəm, çünki bu problemli məsələ olar. Mənim şəkilimi göstəriblər ki, onu öldürün. Özünə görə bəlli bir yer qazanıb, tanınır, amma, düzü, mən tərəfə qalxa bilmir. Çox şükür rəbbim onu mənə çatdırmır".
Sənətçi Rusiyada ona mane olunduğunu da deyib:
"Rusiya toylarından məni ləğv edirlər. Onlar nə qədər məni vurmağa, hətta öldürməyə çalışsalar da Allah qoruyanda qoruyur. Hər kəsin ruzisini verən Allahdır".
Milli.Az