Şou-biznes

“Ailəmdən ala bilmədiyim sevgini ondan gözləyirdim” - VİDEO

31 Yanvar 2022 16:10
0 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Nəfəs Məmmədli olub.

Milli.Az xəbər verir ki, sənətçi onu yarı yolda qoyan sevgisindən danışıb:

"O zaman onun 16 yaşı var idi. İlk sevgimi onda yaşadım, düşünürəm o da mən də. İndiyə kimi yaşadığım heç nədən utanmamışam. Qonşuluqda yaşayan rəfiqəm vasitəsilə əlaqə saxlayırdıq. Mobil telefonum olmadığından onların ev telefonu ilə danışırdıq. Sevgiyə, qayğıya ehtiyacım var idi. Yaxın münasibətimiz yox idi. Elə dövr idi ki, kimin əli kimə dəysə qorxub çəkinərdi. Hər şey gözəlikən bir gün qarşıma çıxıb dedi ki, nişanlanmışam. Çox pis oldum. Qurduğum xəyalları, arzuları məhv etdi. Bir müddət sonra bibim oğlu tərəfindən mənə evlilik təklifi gəldi. Həyatımı o tərəfdən itirmişdim, bu tərəfdən qazanmaq istədim. Razılıq verdim. Ailə qurdum. 7 il ailəli oldum. 22 yaşımda 2 övladla ayrıldım. Xeyli müddət sonra müğənniliyə adddım atdım. Sənətə yeni başladığım illərdə o mənə yazdı. Evlənməyibmiş. Mənə dedi ki, sənə xırda bir yalan danışmışdım. Sən demə, heç elə bir şey olmayıbmış".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.