Şou-biznes

Erkan Özermanı bağışlamadı

29 Yanvar 2022 17:06
0 Şərh     Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa-model Azra Akın "Best Model"in prezidenti Ekran Özermanı məhkəməyə verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb təşkilatçının bir müddət əvvəl Akın barədə söylədiyi fikirlərdir.  

Azra KİV-ə açıqlamasında hüquqi prosesə başladığını qeyd edib.  

Xatırladaq ki, Özerman aktrisa haqqında bunları demişdi: "O qızı Kıvança (Tatlıtuğ- red) atdığı çirkinlik və böhtanlara görə yaşatmazdım. Onu evinə həbs edərdim, çölə çıxa bilməzdi. Uşağa nə etdi? Səbəb qısqanclıqdır. Amsterdamda yaşayırdı. Oğlan Parisdə işləyirdi. Telefonda "Bu gecə kiminlə yatmısan, kiminlə oyandın?" deyə soruşur və ağlamağa başlayırdı. Oğlan qatara minib onun yanına gedirdi. Ona görə dəfiləni atmışdı". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.