Şou-biznes

Müğənni “Omikron”a yoluxdu

28 Yanvar 2022 18:12
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı müğənni Lolita Milyavskaya koronavirusa yoluxub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqram hekayəsində məlumat yayıb.  

58 yaşlı sənətçi "Omikron" ştammı ilə mübarizə apardığını söyləyib: "Mənə peyvənd vurulmağı yaxşı oldu, ona görə də yüngül formada keçirirəm".

Milyavskaya əlavə edib ki, onun simptomlarına öskürək və boğuq səs daxildir.

Həmçinin, sənətçinin xəstəliyi səbəbindən Müasir Teatrda planlaşdırılan "Evlənmə" tamaşası ləğv edilib. Burada əsas rolu Lolita oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.