Şou-biznes

“43 ildir sənətdəyəm, fəxri adı bundan sonra istəmirəm”

27 Yanvar 2022 17:30
4 Şərh     Baxış: 1 308

Milli.Az tanınmış müğənni Sevda Əliqızının moderator.az-a verdiyi müahibəni təqdim edir.
 
- Sevda xanım, hal-hazırda sənətinizdə nə kimi yeniliklər var?
- Bizim dövrün müğənnilərinin bir çoxları ruhdan düşüb, mən də onların içində olmaq şərtilə. Çünki çox sənət yoldaşlarımız bu həyatdan getdi. Bizə də onun böyük təsiri yoxdur. Xəstəlik bir yandan, ölüm bir yandan istər-istəməz adam ruhdan düşür. Bu ruhdan düşmək məndə də əmələ gəldi. Amma özümdə bir az toxtaxlıq tapdım, çünki ölənlə heç kim ölmür. Həyat onsuz da qısadır, heç kim bu dünyada ömürlük qalmır. Allah bizə nə ömür yazıbsa, onu yaşayırıq. Nəinki sənət yoldaşlarım, öz yaxınlarımdan da rəhmətə gedənlər oldu. Sırf sənətlə məşğul ola bilmirəm. Yavaş-yavaş bir az özümə gəlirəm, yeni mahnılar yazdırıram, efirlərə çağırırlar gedirəm. Düzdü, bir az həvəssiz gedirəm, amma efirdən də qalmaq olmur.
 
- Gəlin açıq etiraf edək ki, sizin dövrün sənətkarlarına diqqət kifayət qədər deyil. Hətta toylarda da, efirlərdə də gənclərə diqqət daha çoxdur.
 
- Digərlərini deyə bilmərəm, amma mən özümdən danışa bilərəm. Mənə günün bu gününə qədər tələbat var, toylarım da olur, işlərim də. Allah mənə o ruzini verib, hələ ki, mənim şikayətim yoxdur, heç olmayacaq da. Sadəcə olaraq sənətdə bir yenilik etmək üçün ruhdan düşmüşəm. Yenilik etmək üçün mənə 5 dəqiqə kifayətdir. İstəsəm günü sabah nəsə edərəm. Onu da deyim ki, artıq başlamışam, mahnılar da yazdırıram, klip də çəkdirəcəyəm. O ki, qaldı gənclərə... Bilirsiniz ki, indi kommersiya dövrüdür. İndiki gənclərin bir çoxu pul ödəyib efirlərə çıxır, amma mən pul ilə efirə getmirəm. Hansısa efir məni dəvət edirsə gedirəm. Bəyənmədiyim efirə ümumiyyətlə qonaq getmirəm.
 
- Uzun illərdir sənətdəsiniz, amma hələ də fəxri adınız yoxdur. Bununla bağlı harasa müraciət etmisiniz?
 
- Mən heç vaxt ad gözləmirəm. Mənim üçün "əməkdar artist", "xalq artisti" fəxri adlarının heç bir önəmi yoxdur. Guya "əməkdar artist" fəxri adını alsam mənim üçün nə dəyişəcək? Bilirsiniz nə dəyişəcək?! Ayda 100 manat artıq alacağam (gülür). Fəxri adla nə hörmətim, nə də sənətim artacaq! Yenə də Sevda Əliqızı kimi qalacağam. Dəfələrlə olduğum məkanlarda yanımda xalq və əməkdar artistlər olub ki, heç onlara baxan olmayıb, əhəmiyyət verməyiblər. Amma diqqət mənim üzərimdə olub, alqışlayıb, gözəl qarşılayıblar. Mənim fəxri adım oldu-olmadı eyni adam alacağam. Bundan sonra heç fəxri ad istəmirəm. Öz adım mənim üçün daha üstündür.
 
- Uzun illər xalq artisti Səməd Səmədovla duet ortağı, yaxın dost oldunuz. Səməd müəllim dünyasını dəyişəndən ona sadiq qalırsınız, yoxluğunu belə böyük bir hüznlə qarşılayırsınız. Bu gün Səməd Səmədovu sizin üçün duet ortağı kimi kim əvəz edə bilər?
 
- Hər kim olursa-olsun mənim ümumiyyətlə duet oxumaq fikrim yoxdur. Bu haqda qətiyyən fikirləşmirəm, fikirləşmək də istəmirəm. Rəhmətlik Səməddən də öncə mən ömür boyu tək oxuyub, tək tanınmışam. Sonra qismət elə gətirdi ki, 15 il onunla bərabər işlədik. Mənim mahnılarımın çoxu qaldı kənarda, duetlə tanındım. Səhnəmizdə Sevda adlı müğənnilərimiz maşallah çoxdur, indinin özünə qədər harasa gedəndə hansı Sevda deyə soruşanda, deyirlər ki, Səmədlə oxuyan Sevda! Allah Səmədə rəhmət etsin. Düzdü mən onunla oxuduğum duetlərə görə tanındım, qabağa da getdim. Bizdə hər şey bərabər olub. 
 
- Bu sənətdə sizi qane etməyən nədir?
 
- Mən bundan sonra sənətdən heç nə gözləmirəm, heç nə də istəmirəm. Mən bu pandemiya dövründə çox şeyləri özümdə aşkarladım, çox şeyi başa düşdüm. Həyatda özümdən savayı balalarımın sağlığını, xoş günlərini görməyimi istəyirəm. Allah onların toyunu mənə qismət etsin. Hər şey məni qane edir, hər şey gözəldir. Şükürlər olsun! Mən nədən narazı ola bilərəm ki?! Bəyəndiyim yerə gedirəm, bəyənmədiyim yerə isə getmirəm. Başqa nə olmalıdır ki? Həyat çox qısadır. Vaxt var idi ki, hamı arzularla yaşayırdı, artıq bu gün bir günlə insan yaşayır. Bu gün varamsa Allaha şükür edirəm. 43 ildir ki, sənətdəyəm, etdiklərimi etmişəm, eşitdiklərimi eşitmişəm. Bu mənə bəs edər.
 
- Necə xasiyyətə malik insanları sevmirsiniz? Ümumiyyətlə özünüzdə sevmədiyiniz xasiyyətiniz hansıdır?
 
- İkiüzlü, yalandan üzünə tərifləyib, arxanca danışan, yalançı insanlardan xoşum gəlmir. Mən bir şeyə qərar verməzdən öncə çox əsəb keçirirəm, öz-özlüyümdə götür-qoy edirəm. Deyilən hər bir sözə görə fikir edirəm, həmin sözün dərinliyinə gedirəm.  Sonra görürəm ki, hər şey mənim fikirləşdiyim kimi deyil. Qərarı tez verirəm. Bu mənim heç sevmədiyim xasiyyətimdir.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ebru · 27 Yanvar 17:5782

    Bunun danışığı,pişik ət məsələsi oldu lap:)43-ü ildi "sənətdəyəm"fəxri adı bunan sorada istəmirəm??Sən canın istə:))Bu illər ərzində sən və başqa sənəçilər,guya nə etmisizki?ancaq yeyib içib,toylarda kef etmisizdə özünüz üçün.Bu fəxri adları,özünüz kimi o,qədər ucuzdaşdımısınızki,artıq bir mənası yoxdu.

    Cavab yaz
    • Anonim
      ebruya · 27 Yanvar 19:1642

      taniş olub evlənək?

      Cavab yaz
  • Anonim
    anonim · 27 Yanvar 18:1641

    neylemisenki adama deyerler 43 ildi senetde Azerbaycan ucun. Toylarda ancaq cibini doldurmagla mesgul olmusanda

    Cavab yaz
  • Anonim
    Buse · 27 Yanvar 21:5510

    Bu da ozune mugenni deyir e)))Semedle " timteysn "oxuyurdu )))ay daa ne gulunc..Bundan daha gulunc bir ifa vardi.Nusabe Elesgerli Maykl Ceksonun mahnisini oxuyanda)))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics