Şou-biznes

Müşfiq: “Ruben yaxınlıqda oturmuşdu, hər şeyi eşitdi...” - MÜSAHİBƏ

25 Yanvar 2022 10:10
7 Şərh     Baxış: 7 344

Milli.Az prodüser və ssenarist Müşfiq Abbasovun AYNA-ya müsahibəsini təqdim edir: 

- Müşfiq, əsas sualdan başlayaq: komandanın adını dəyişməyinizə səbəb nə oldu?

- Komanda festivalda "Şuşa" kimi qeydə alınıb. Yaxşı hazırlaşdıq - tanınmış yazıçı və ssenarist Cavid Qurbanov bizimlə işləyirdi və dərhal diqqəti cəlb edə bildik. Soçidə hamı "Şuşa" komandasından danışırdı. Bizə Böyük Liqada oynayacağımız proqnozlaşdırılırdı, hamı komandanı çox bəyənirdi. Nəticədə, 350 komanda arasından biz 80 ən yaxşılar arasında ikinci tura dəvət alırıq. "KiViN" festivalının ikinci turu onunla əlamətdardır ki, komandalar həm də AMiK-ın rəhbərliyini - Aleksandr Maslyakovlar (böyük və kiçik) izləyirlər.

- Yəni hər şey yaxşı gedirdi. Sonra nə oldu?

- İkinci tur üçün siyahı açıqlanarkən KVN-nin Premyer Liqasının redaktoru Vladimir Tararıkin "Şuşa"nın daha da irəli getməsi üçün komandanın adının dəyişdirilməli olacağını bildirdi. Səbəbinin nə olduğunu soruşanda mənə belə cavab verdilər: "KVN siyasətdən kənardır". Şuşanın Azərbaycanın şəhərlərindən biri olduğunu, burada heç bir siyasətin olmadığını izah etmək cəhdlərimin hamısı nəticəsiz qaldı: təşkilatçılar qərar verdilər və onu dəyişmək fikrində deyildilər.

- Kim "Şuşa" komandasında siyasi subtekst gördü?

- AMİK baş direktoru Aleksandr Maslyakovun müavini Ruben Partevyan. Bizə şərt qoydular - ya adı dəyişəcəyik, ya da festivalı tərk edəcəyik. Sonra qərara gəldim ki, əgər "Şuşa" adını festivalın təşkilatçıları qəbul etmirlərsə, qoy bunu bizə Ruben Partevyan yox, şəxsən Maslyakov desin. Amma bunun üçün ikinci turun mərhələsinə düşmək lazım idi. Yoxsa əlvida: heç kim bizi dinləməzdi, festivalı tərk etməyimizin əsl səbəbləri də müzakirə olunmazdı. Sadəcə olaraq deyərdilər ki, komanda zəifdir, vəssalam. Və sonra komandanın adını dəyişib Maslyakovlarla görüşməyə getməyə qərar verdim.

- Festivalın təşkilat komitəsi bu qərarı necə qarşıladı?

- Bütün redaktorlar çox sevindilər. Başqa adla oynayacağımızı iddia etməyə başladıq. Planlarımız puça çıxmasın deyə, mətbuatda bu qərarı şərh edə bilmədik, amma oxuduq və gördük ki, narazılar da az deyil. Bilirdim ki, zamanla hər şey öz yerinə düşəcək. İkinci turda çıxış etdik. Ata Maslyakov pandemiya səbəbindən Soçidə olmasına baxmayaraq, komandaların çıxışlarını onlayn izləyirdi. San Sanıç (kiçik Maslyakov) zalda oturmuşdu. Komandamız yenidən böyük alqışlarla qarşılandı. Mən Maslyakovla görüşmək üçün cəhdlərə başladım. Bunu etmək asan deyil. KVN rəhbərliyinin vaxtı azdır və əksər məsələlərin həlli redaktorlar tərəfindən verilir. O vaxta qədər ikinci turun nəticələri açıqlanmışdı. Biz Premyer Liqadayıq. Bu, böyük uğur idi! 2021-ci ilə qədər liqa Rusiyanın "Birinci Kanal"ında yayımlanan televiziya verilişi idi. Çox nadir hallarda "KiViN"-dən yeni komanda Premyer Liqaya düşürdü. Amma bilirdim ki, daha "Buta" adı ilə oynamayacağıq.

- Bunu şəxsən kiçik Maslyakova deməyə nail oldunuzmu? Görüş baş tutdu?

- Bəli. Görüş baş tutdu, söhbət uzun oldu. San Sanıça hər şeyi hüquqi aspektlərə qədər izah etdim. O, dərhal "Buta" adı ilə Premyer Liqada oynamayacağımızı açıqladı. Cavab verəndə ki, KVN siyasətdən kənardır, mən açıq şəkildə dedim: "Müharibə bitdi, Şuşa Azərbaycan şəhəridir, mədəniyyət beşiyimiz, ziyarətgahımızdır. Şuşa da bütün Qarabağ kimi Azərbaycanın qədim ərazisidir və bunu bütün dünya tanıyıb, o cümlədən Rusiya və Ermənistan da - üç dövlətin başçısı müvafiq müqavilə imzalayıb!" Maslyakov bildirdi ki, buna baxmayaraq, belə komanda adı bəzilərində qıcıq yaradacaq. Mən onun kimi nəzərdə tutduğunu dəqiq bilirdim. Vidalaşmaq istəyəndə Aleksandr Maslyakova dedim: "Sənə söz verirəm ki, vaxt gələcək, sən özün Şuşaya gələcək və bizim təşkil edəcəyimiz KVN turnirində aparıcılıq edəcəksən".

Həmin o Ruben yaxınlıqda oturmuşdu, hər şeyi eşitdi. Nəticədə Maslyakov qərarını bir az sonra verəcəyini bildirdi. Ertəsi gün yenidən görüşdük, bizə dedilər ki, "Şuşa" Premyer Liqada oynaya bilməyəcək - ya adı dəyişəcəyik, ya da Sankt-Peterburqda Yeni Mərkəzi Liqaya çıxacağıq. Bu, beynəlxalq KVN birliyinin ən populyar liqalarından biridir. Biz KVN tarixində Premyer Liqada iştirakdan imtina edən ilk komanda olmaqla, buna razılaşdıq.

- Sankt-Peterburqda mövsüm nə vaxt başlayır?

- İlk oyun martda baş tutacaq. Hətta festivalda belə bir cümlə işlətdim ki, Azərbaycanın mədəniyyət paytaxtı Rusiyanın mədəniyyət paytaxtında oynayacaq. Deməli, çox vaxt yoxdur. Hazırlıqlar bu həftə başlayacaq. Cavid Qurbanov da bizimlə olacaq, bəlkə də oyuna bir neçə həftə qalmış Sankt-Peterburqda təlim-məşq toplanışı keçirəcəyik. Axı "Şuşa" komandasının əsas dayağı Rusiya Federasiyasının müxtəlif şəhərlərindən olan azərbaycanlılardır. "Şuşa" komandası Azərbaycan KVN-ində tamamilə yeni komandadır - üslubu, zarafatları və konsepti ilə. Milli ləzzəti, koloriti qoruyub saxlayaraq, son illər Qafqaz komandaları haqqında KVN-də formalaşmış stereotipləri geridə qoyaraq, yeni üslub nümayiş etdiririk.

- Amma "Şuşa"nın bir hissəsi hələ ikinci raundda da səhnədə idi - komanda üzvlərindən Nəriman Əliyevin kostyumunda xarıbülbül çiçəyi açıq göründü...

- Təbii ki, bunu görməmək mümkün deyildi. Xarıbülbül Şuşa şəhərinin rəmzi, mədəniyyətimizdə, tariximizdə xüsusi yer tutan güldür. Soçidə hətta bu simvolu bəzi redaktorlara hədiyyə olaraq təqdim etdim.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

7 Şərh:

  • Anonim
    İmrik · 25 Yanvar 10:4060

    Demək lazım idi ki, "Şuşa" adını müzakirəyə çıxaranlar məsələni siyasiləşdirir. Nə vaxtdan şəhər adları siyasiləşmiş sayılır? O erməni bu məsələni siyasiləşdirib və belə adamlar KVN-dən uzaqlaşdırılmalıdır.

    Cavab yaz
  • Anonim
    Seid · 25 Yanvar 10:57112

    "Və sonra komandanın adını dəyişib Maslyakovlarla görüşməyə getməyə qərar verdim." bu senin sozlerindir Mushviq yoxsa yox. Demeli ermeninin Deyirmenina su tokdun. Orada istirak etmeseydin OLKEDE qalib olardin. Bundan sonra helede danishirsan. Adamda bir az menlik de olmalidir. Heyder eliyev sarayinda ermenilere yumruq gostermek asandir. orada ederdin. Indi bizmi QELET edirik senin QORXAXLIGINI deyende yoxsa helede ozunu sudan quruya chixarmaqa chalishan senmi? yeter ozunu lap biabir elemeye.

    Cavab yaz
  • Anonim
    Mən · 25 Yanvar 12:0254

    Əsas odur klubun adını saxlayıb Şuşa adıyla başqa liqada oynayacaqlar. Bizə düşən şey dəstək olmaqdır, düşmənin dəyirmanına su tökmək yox. Uğurlar olsun "Şuşa" komandamıza.

    Cavab yaz
  • Anonim
    HEKİM ELDOSTU · 25 Yanvar 13:33143

    Sene melumat verilende ki, bu söhbet ölkede böyüyüb açıqlama verdiklerinin "ssenarisini" hazırlamısan. Yeni özünden "fedai" obrazını düzelderek bu haqqda açıqlama verenleri hele üstelık tehqir de etdin. En esası keçirilen tedbirde biyabır olmamaq üçün Şuşa evezine seçdiyin Buta adı da tesadüfi deyil. Yeni bütün iştirakçılar ele düşünsün ki sizin komandanın adı ele evvelden Buta olub, sadece 1-ci ve 4-cü herfler texniki sehv kimi "ş" kimi yazılıb. İrad bildirmek evezine insanları tehqir etmeyinse bir atalar meselinin yadıma saldı. "Oğru ele bağırdı ki, doğrunun bağrı yarıldı"

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 25 Yanvar 15:0853

    Ay Müşfiq, niyə ölmürsən?? Boş yerə oksigen israf edirsən..

    Cavab yaz
  • Anonim
    KAZIM · 25 Yanvar 17:4910

    Mişa...

    Cavab yaz
  • Anonim
    afag mutlu · 25 Yanvar 21:0230

    şuşada həlak olan şəhidlərimizin qanı səni tutsun.ermənin qabağında əyilən alçaq sənin kimi qorxaqlar vermişdi vaxtı ilə şuşanı. haram olsun sənə erməni süfət köpək oğlu öl də слякать

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics