Şou-biznes

Kamran Həsənli “Şuşa”-“Buta” qalmaqalından danışdı: "Qorxaqlıq ediblər... "- VİDEO

24 Yanvar 2022 20:00
2 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Kamran Həsənli KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandası adını "Buta" olaraq dəyişən nümayəndə heyətimizə sərt etiraz edib.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, bu haqda sosial şəbəkədə video yayımlayan Həsənli yerlilərimizin qorxaraq belə bir addım atdığını bildirib:

"KVN komandamız Rusiyaya yarışa gedib. Onlar orada "Şuşa" adı ilə mübarizəyə qoşulublar. KVN-də iştirak edən komandamıza kimsə qorxudaraq adının dəyişdirilməsini tələb edib. Yəqin ki, bu, rəsmi surətdə olmayıb. Çünki onlar rəsmi şəkildə müraciət etsəydilər, onda bizim KVN komandamız da onlara rəsmi cavab verərdi. Oradakı oğlanlar da qorxaqlıq edib, komandanın adını "Buta" adı ilə əvəzləyiblər".

Onu da bildirək ki, komandanın rəhbəri ssenarist Müşviq Abbasovdur. 

Ətraflı videoda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.