Müğənni Emil Bədəlov "Zaurla Günaydın" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqrama həyat yoldaşı Xanım və qızları Səadət, Zeynəblə birlikdə qatılıb.
Həyat yoldaşından danışan Xanım "Son vaxtlar evdə çox oturur. Ev işlərində mənə kömək etmir, ancaq lampalar xarab olanda dəyişir" sözlərini söyləyib.
Xanım hazırda bağçada çalışır. O bildirib ki, bağça baldızına aiddir.
Qeyd edək ki, Xanım Xalq artisti Firuz Əliyevin qızıdır.
Milli.Az