Şou-biznes

“Azər, sual vermə!” - Brilliantdan qəribə reaksiya

21 Yanvar 2022 11:18
1 Şərh     Baxış: 1 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova etdiyi paylaşımı ilə diqqət çəkib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, izləyiciləri ilə bölüşdüyü fotonu həm 20 Yanvar faciəsinə, eyni zamanda da "Səs Azərbaycan"ın aparıcısı Azər Süleymanlıya da həsr edib. Müğənni ona suallar ünvanlayan aparıcıya şeirlə cavab verib:

"Həyatda yaşadığımız bütün çətinliklər 20 Yanvar kimi ağır günlərin il dönümündə ruhumuzu daha çox incidir. "Səs Azərbaycan"ın səhnə arxasında mənə müxtəlif suallar ünvanlayıb təəcüblənən sevimli Azər Süleymanlıya:

Azər, sual vermə, araşdırma ürəyimi sən.

Qorxarsan oradakı dağıntıları görsən.

Baxma təhlükəli uçurumlardan,

Dönər başın oradakı sıxıntılardan

Qorxarsan doğranmış paralarından,

qorxarsan qanayan yaralarından,

Soruşma qırmızı küknar kimi,

ya da sınmayan şinar kimi duruşum hardan.

Məcburi vərdişdir o uşaqlıqdan.

Qəlbində indi doğar yeni suallar.

Axı belə şeyləri bilməz uşaqlar.

Deməyərəm: o mövzulara nəbadə getmə,

özünü də, məni də pərişan etmə!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.