Şou-biznes

Sezen Aksuya cinayət işi açıldı

18 Yanvar 2022 18:12
0 Şərh     Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış müğənni Sezen Aksuya "Şahane bir şey yaşamak" mahnısına görə cinayət işi açılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçini dini dəyərlərə təhqir və təhrif etdiyi iddiası ilə şikayət ediblər.

Buna səbəb, mahnıda yer alan "Salam deyin cahil Həvva ilə Adəmə" sözləri olub. Ankarada məhkəməyə müraciət edən şəxslərin vəkili Mikayıl Yılmaz Aksunun dini şəxsiyyətləri etibarsızlaşdırdığını, aşağıladığını bildirib. O, insanların haqlı olaraq qəzəbləndiyini söyləyib. Bundan başqa, Sezenin mahnısının yayımlanmasına qadağa və bu bəstədən qazandığı məbləğin müsadirə olunması istənilib.

Qeyd edək ki, sözügedən ifa haqda bir neçə gündür müzakirələr davam edir. Dindarlar Sezenin mahnısını tənqid edərək bunun dinə həqarət olduğunu bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.