Türkiyənin TRT 1 kanalının reytinqli serialı "Masumlar Aparmanı"nda Azərbaycan mahnısı yer alıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur ekran işinin dünən yayımlanan 52-cü bölümündə Azər Cırtdanın ifası ilə məşhurlaşan "Niyə belə uzundur bu yollar" səsləndirilib.
Serialda eşidilən ifa isə Azərbaycan qrupu olan "No Land"ə (solist Kamil Hacıyev) məxsusdur.
Qeyd edək ki, mahnının söz və musiqisi Azər Cırtdana (Məmmədov) aiddir.
Milli.Az