Aktrisa Gülcan Arslanın özündən 18 yaş böyük müğənni Teomanla eşq yaşadığı iddia olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili ötən gün ifaçı Kənan Doğulunun konsertində birlikdə görüntülənib. Yanaşı rəqs edən cütlüyün səmimi olduğu bildirilib.
Teomanın gecədən yayımladığı videolarda Gülcanın yer alması iddiaları daha da gücləndirib.
Qeyd edək ki, aktrisa daha əvvəl Uraz Kayqılaroğlu ilə münasibətdə olub. O, sonuncu dəfə "Barbaroslar: Akdeniz'in kılıcı" serialında Despina obrazına həyat verib.
Milli.Az