Müğənni Nazim Pişiyari və aktyor Müşviq Şahverdiyev qohum imiş.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Zaurla Günaydın" proqramında deyib. O bildirib ki, Nazim onun bibisi oğludur.
"Mənim atam Nazimin dayısıdır" deyə, Müşviq söyləyib.
Aktyor Nazimlə danışmadıqlarını da etiraf edib:
"Bibimlə vaxt tapdıqca görüşürük. Nazim toylarda, biz işdə oluruq, görüşə bilmirik. Aramızda heç nə baş verməyib. Sadəcə, aramızda soyuqluq var. Gec-gec görüşürük, inciklik ola bilər".
Milli.Az