Müşviqlə Nazim qohum imiş - Küsülüdülər

18 Dekabr 2021 16:00

Müğənni Nazim Pişiyari və aktyor Müşviq Şahverdiyev qohum imiş.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Zaurla Günaydın" proqramında deyib. O bildirib ki, Nazim onun bibisi oğludur.

"Mənim atam Nazimin dayısıdır" deyə, Müşviq söyləyib.

Aktyor Nazimlə danışmadıqlarını da etiraf edib:

"Bibimlə vaxt tapdıqca görüşürük. Nazim toylarda, biz işdə oluruq, görüşə bilmirik. Aramızda heç nə baş verməyib. Sadəcə, aramızda soyuqluq var. Gec-gec görüşürük, inciklik ola bilər".

Milli.Az