Şou-biznes

Əfsanəvi Hollivud ulduzunun malikanəsi satılır - FOTOlar

16 Dekabr 2021 20:06
0 Şərh     Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi aktyor Kirk Duqlasın malikanəsi 7,5 milyon dollara satılır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Hollivud ulduzunun illərdir həyat yoldaşı ilə birlikdə yaşadığı ev Beverli Hillsdə yerləşir. Malikanə 7,5 milyon dollar müqabilində yeni alıcıya təqdim olunacaq.

1500 kvadratmetr ərazidə tikilmiş evin ağaclarla əhatə olunan geniş bağçası var. Hovuz, spa, dördotaqlı və ikimərtəbəli malikanənin digər özəllikləri arasında yer alır.

Qeyd edək ki, "Spartak", "Qələbə illəri", "Dəniz altında iyirmi min liqa" və "Çempion" filmlərində canlandırdığı obrazlarla məşhurlaşan Duqlas sözügedən evi 1970-ci illərdə 400 min dollara satın alıb. O, ötən ilin fevralın 5-də 103 yaşında dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.