Şou-biznes

"Ona-buna yalvarmağı bacarmıram" - Novruz Qartal

14 Dekabr 2021 20:12
Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartal xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişi aktyorun yanına yollanıb.

"Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim" deyə, N.Qartaq açıqlamasında deyib.

Aktyor illərdir kirayədə yaşaması haqda bunları söyləyib:

"Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmaq mən bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.