Şou-biznes

"Həyat yoldaşımın elə səhvləri olub ki..." - Elnarə Abdullayeva - VİDEO

14 Dekabr 2021 17:54
1 Şərh     Baxış: 2 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxan bəy barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni "Günün sədası" verilişində bu sözləri deyib: 

"Məni yoldaşım üçün qayınanam seçib. Məktəb vaxtında da, ali təhsil vaxtında da heç bir oğlandan xoşum gəlməyib. Ümumiyyətlə, bu mənim xarakterimə görə deyil. İndi həyat yoldaşımla dostam. Bizim həyatımızda da çətin günlər olub. Elə gün olub ki, alma da tapmamışam yeməyə. İndi ət olmayanda, onu dərd etmək lazım deyil. Ət yoxdursa, kartof, şor ye.

Həyat yoldaşım məndən rahatdır. Bir qadından kişi arxayındırsa, o kişi xoşbəxtdir. Bu gün Elxandan o qədər razıyam ki... Onun da zamanında elə səhvləri olub ki... Amma hər zaman ona demişəm ki, evində övladların böyüyür. Yoldaşım deyir ki, məni hər şeydən çəkindirib düz yola gətirdiyin üçün çox sağ ol". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.