Türkiyəli aktyor Kərəm Bürsin şəxsi həyatı barədə danışıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor evlilik barədə fikrini bildirib:
"İnsanın sevgilisi aktrisa olanda bu sualları cavablandırmağı çətin olur. Eşq dəyişkəndir, qəlibə soxmaq doğru deyil. Evlənməyəcəksən deyə, təzyiqlər var. Mən eşqi kəşf etdiyimi düşünürəm və hələ də kəşfin içindəyəm. Bəzən uşağım olsun istəyirəm, amma məsuliyyətdir. Hazırda bu sadəcə fikir olaraq ağlımda var".
Qeyd edək ki, aktyor həmkarı Hande Erçellə sevgilidir.
Milli.Az