Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyundan danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi övladının xeyir işində mahnı oxumayacağını bildirib. "Zaurla Günaydın" verilişində qonaq olarkən danışan Nadir dəvət etdiyi qonaqlardan da söz açıb. O bildirib ki, məclisə qohumlarından az adam dəvət edib:
"Yoldaşım deyir ki, nə səndə, nə də məndə qohum-əqraba var. Az sayda qohum var. Bacıma demişəm ki, tək gəl, yoldaşın olmasın. Bacım qızına da demişəm tək gəl. Bizim incəsənət adamları məclisi rəngləndirəcək".
Milli.Az