Şou-biznes

Mətanət qızından danışıb ağladı: "Bu ayrılıqlar məni öldürəcək" - VİDEO

11 Dekabr 2021 14:24
2 Şərh     Baxış: 3 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ülkər üçün darıxıram. Yanına sevinə-sevinə gedirəm, qayıdanda deyirəm ki, bu ayrılıqlar məni öldürəcək. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Həmin Zaur" verilişində deyib. Proqramda qızının görüntülərinə baxan sənətçi göz yaşlarını saxlaya bilməyib: 

"Allah bütün qızları xoşbəxt etsin, mənim də balalarım onların içində. Qızım uzaqdadır, qürbətdədir. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib. Gözləri Ülkərinkinə oxşayır. Arzu edirəm ki, Azərbaycan anaları həmişə balalarının xoşbəxtliyini görüb sevinsinlər".

Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı ilə ailəlidir və orada yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.