Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla əhatə olundu, sonra isə birdən yoxa çıxdı. Bu vaxt heyət ağıllarını itirdi, bədənləri gəmi ilə birləşdi.
Milli.Az "milliyyet"ə istinadən xəbər verir ki, 1943-cü ildə baş vermiş Filadelfiya Təcrübəsinin həqiqi olub-olmaması bu gün də müzakirə olunur.
Bəs, hadisənin arxasında nə dayanır?
Cavabı burada.
Hər şey 1943-cü ildə ABŞ-nin Pensilvaniya ştatına bağlı Filadelfiya şəhərində Amerika donanmasının Filadelfiya Təcrübəsini keçirdiyi barədə iddiaların ortaya çıxması ilə başladı. Təcrübə donanmanın qoruma destroyeri olan DE 173 sinifinə aid 1240 tonluq USS "Eldridge" adlı döyüş gəmisinin radar siqnallarına görünməz hala gətirilməsi məqsədilə aparılmışdı. Təcrübə zamanı gəmi yaşıl-mavi işıqla əhatə olunub birdən yoxa çıxıb. Bir neçə dəqiqə ərzində isə 600 km-dən çox məsafəyə gedərək saniyələr içində Norfolk Virciniyada bir gəmi təmir zavodunda peyda oldu. Yəni ABŞ donanmasına aid gəmi yoxa çıxıb, başqa limanda ortaya çıxıb və yenidən geri dönmüşdü.
.png)
Fikrin əsnasında Enşteyn var
Təcrübənin keçirilmə ehtimalından ilk danışan şəxs Morris K. Jessup idi. Jessup həvəskar astronom idi və UFO-lar üzərində apardığı araşdırmalarla tanınırdı. Təcrübə ilə marağı isə 1955-ci ildə əlinə keçən bir məktubla başladı. Məktub, Carlos Miguel Allen adlı şəxs tərəfindən yazılmışdı və təcrübədən geniş bəhs edirdi. Allen iddia edirdi ki, o, təcrübəyə müşahidə gəmisində iştirak edən "SS Andrew Furuseth" adlı gəmidə xidmət edən bir dənizçi idi və təcrübənin bütün mərhələsinə şahid olmuşdu. Gəminin gözləri qarşısında yoxa çıxdığını bildirən Allen təcrübənin Enşteyinin "birgə sahə nəzəriyyəsi" əsasında keçirildiyini və bunun nəticəsində heyətin ağır itkilər verdiyini iddia edirdi.
Məqsəd optik görünməzlik imiş
Enişteynin "Birgə Sahə Nəzəriyyəsi" sadəcə obyektlər arasındakı cazibə və elektromaqnetizm prinsiplərinə əsaslanırdı. O, 1920-ci illərdən etibarən bu nəzəriyyə üzərində çalışıb, 1925-1927-ci illərdə Almaniyada bir fizika jurnalında tədqiqatlarını yayımlayıb, lakin işlərini heç vaxt tamamlamayıb. İddiaya görə, təcrübə işləri 1930-cu ildə Çikaqo Universitetində başlamış, bir il sonra Princeton Universitetində davam etdirib. Hətta Albert Enişteyn ilə yanaşı, Dr. John von Neumann və Dr. Nikola Teslanın da layihədə zaman-zaman iştirak etdiyi iddia edilib. "Birgə Sahə Nəzəriyyəsi"nin təcrübədə tətbiqi isə "gəminin üzərinə güclü elektromaqnetik sahə yaradaraq işıq və radar siqnallarını qırmaq və ya əyməklə optik görünməzlik təmin etmək" kimi planlaşdırılmışdı.
.png)
Təsadüfi olaraq maddənin işıqlanması gerçəkləşdi
Bu məqsədlə 75 VA gücündə iki böyük generator gəminin ön top taretlərinin altına quraşdırıldı, oradan gəminin göyərtəsinə 4 maqnit şüası yayılacaqdı. 3 RF vericisi, hər biri 2 meqavat gücündə olan CW tipindəydi və onlar da göyərtəyə quraşdırılmışdı. 3000 ədəd 6L6 güc artırıcı tüp, iki generatorun yaratdığı enerjini yayacaqdı. Xüsusi modulyasiya dövrələri digər avadanlıqların yaratdığı kütləli elektromaqnetik sahələri idarə edir, qırılmış şüalar və radio dalğaları gəmini əhatə edirdi. Nəticədə gəmi düşmən müşahidəçiləri üçün görünməz olmalı idi. Məqsəd görünməzlik idi, lakin iddiaya görə donanma bu təcrübədə təsadüfən maddənin işıqlanmasını həyata keçirmişdi.
Əsgərlər yoxlamağı rədd etdi
Allen məktublarında, yaşıl işıqla əhatə olunan gəminin bir neçə dəqiqə sonra tamamilə yox olduğunu, sonra isə başqa limanda peyda olduğunu yazmışdı. Lakin ABŞ Donanması bu iddiaları açıq şəkildə təkzib etdi. Donanmanın rəsmi qeydlərinə görə, Eldridge təcrübənin keçirildiyi vaxtda Filadelfiyada belə olmayıb. Həmçinin həmin dövrdə gəmidə xidmət edən əsgərlər belə bir təcrübəyə şahid olmadıqlarını bəyan etdilər. Buna baxmayaraq, Allenın hekayəsi bir çox insanlarda şübhə yaratdı və təcrübənin üzərindəki sirr illərlə davam etdi.
Film də çəkildi
Ən çox danışılan iddialardan biri, təcrübənin heyət üzvlərinə təsiri idi. İddiaya görə, bəzi əsgərlər ciddi xəstələndi, bəziləri psixoloji problemlər yaşadı, bəziləri isə gəminin metal gövdəsi ilə birləşdi. Həyatında canlı şəkildə gövdəyə yapışan əsgərlər olduğu iddia edildi. Bu kimi hekayələr təcrübəni qorxu elementi halına gətirdi. Xüsusilə 1984-cü ildə çəkilən "The Philadelphia Experiment" filmi ilə bu səhnələr kollektiv yaddaşda canlandı. Lakin gəminin heyəti hadisələrin əsassız olduğunu dəfələrlə bildirdi. Gəmi qeydlərində belə bir hadisəyə dair heç bir məlumat yox idi.
Allen çox etibarlı şəxs deyildi
.png)
Filadelfiya Təcrübəsinin ortaya çıxmasında əsas rol oynayan Carl M. Allen, bir çox mənbəyə görə etibarlı biri deyildi. Çünki fərqli zamanlarda eyni hadisəni həm təsdiqləmiş, həm də inkar etmişdi. Məktublarındakı qarışıq hərflər, nizamsız yazı tərzi və bəzən "Mən uydurdum" kimi açıqlamalar verməsi onun ya diqqət çəkmək istədiyini, ya da psixoloji problemləri olduğunu göstərirdi.
Görünməz deyil, amma...
"Gökkuşağı Layihəsi" (Rainbow Project) adı ilə də tanınan bu təcrübə 1984-cü ildə filmə çəkilənə qədər ciddiyə alınmamışdı. Lakin o vaxtdan bu yana rəsmi qurumlar dəfələrlə inkar etməsinə baxmayaraq, ən çox maraq doğuran mövzulardan biri olaraq qalır.
Bəs əslində nə baş vermişdi?
Allenın iddialarına qarşı elmi araşdırmalar göstərir ki, USS Eldridge görünməzlik yox, maqnit torpidolara qarşı "degaussing" adlı müdafiə sistemi ilə təchiz edilmişdi. Bu sistem gəminin maqnit izini silərək düşmən torpidolarından qoruyurdu. Bu prosesdə istifadə olunan yüksək gərginlikli kabellər xaricdən gəmi ətrafında işıq və parıltı yaranmasına səbəb ola bilirdi. Bundan əlavə, yaşıl-mavi işıq hadisəsi gəmidə tez-tez müşahidə olunan "St. Elmonun Atəşi" adlı atmosfer hadisəsi ilə də izah oluna bilər. Norfolk və Filadelfiya arasındakı daxili su yolları sayəsində gəminin saatlarla yer dəyişməsi də mümkün idi. Beləliklə, iddiaların çoxu elmi və logistika baxımından açıqlana bilirdi.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Kiftəli badımcan əzməsi
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif
-
Bakıda nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı
-
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
-
Kiftəli badımcan əzməsi
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi
-
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib





