Şou-biznes

Röya Röyalardan yazdı

3 Dekabr 2021 18:12
3 Şərh     Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan onunla eyni adı daşıyan iki müğənninin "Spotify"da yer almasına reaksiya verib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, pop ulduz platformada ən çox dinlənilən 50 məşhur arasında olan Hiss (əsl adı Röya- red) və Röya Miriyeva barədə yazıb.  

"Nə gözəl yarış... Adınız qədər sizə yuxularda yaşanan şans diləyirəm. Allah yolunuza niyyəti təmiz insanlar çıxarsın", -deyə R. Ayxan bildirib.  

Qeyd edək ki, dünən açıqlanan siyahıda azərbaycanlı sənətçilər Hiss (red - Röya) (23-cü yer), Orxan Zeynallı və Röya Miriyeva (29-cu yer), Epi & RZZA (32-ci yer), Miro (33-cü yer), Rüzgar (37-ci yer) və Azərbaycanın Xalq artisti Röya Ayxan (42-ci yer) yer alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.