Türkiyədə illərdir yayımlanan "Arka sokaklar" serialının çəkilişlərində problem yaranıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni mövsüm start götürəndən bu yana maaş ala bilməyən işçilər çəkiliş meydançasına getməmək qərarı alıb.
Məlumata görə, işıqçı, operator və ssenari qrupu ilə yanaşı aktyorlar da artıq 8-ci bölümün çəkilişləri bitən layihədən bir qəpik belə ala bilməyiblər.
İşçilərin işi dayandırmasının ardından ödənişlərin hələ 3 həftə sonra veriləcəyi açıqlanıb.
Milli.Az