"Arka sokaklar"da qalmaqal - İşçiləri yeni sezonun maaşını ala bilmir

24 Oktyabr 2021 09:09

Türkiyədə illərdir yayımlanan "Arka sokaklar" serialının çəkilişlərində problem yaranıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni mövsüm start götürəndən bu yana maaş ala bilməyən işçilər çəkiliş meydançasına getməmək qərarı alıb.

Məlumata görə, işıqçı, operator və ssenari qrupu ilə yanaşı aktyorlar da artıq 8-ci bölümün çəkilişləri bitən layihədən bir qəpik belə ala bilməyiblər.

İşçilərin işi dayandırmasının ardından ödənişlərin hələ 3 həftə sonra veriləcəyi açıqlanıb.

Milli.Az