Seriallar

2020-ci ilin ən yaxşı 10 serialı

4 Aprel 2021 18:53
Baxış: 1 175

Milli.Az markzone.az-a istinadla 2020-ci ilin 10 ən yaşlı serialını təqdim edir:

10. HOW TO WITH JOHN WILSON
HBO-ya məxsus olan serial, həqiqətən, daha əvvəl izlədiyiniz heç bir seriala bənzəmir. Bəli, doğru oxuyursunuz, amma bu dediyimiz klassik reklamlardakı ifadələrdən deyil. Serialın rejissoru və ssenaristi John Wilson-dur. Serialda sonradan əlavə edilmə hər hansısa bir element yoxdur. John Wilson 2 il boyunca New-York şəhərində hər gün qarşılaşdığı maraqlı hadisələri videoya çəkib və haqqında bəhs etdiyimiz serial da bu videolar əsasındadır. Serialı təsvir eləmək çox çətindir, lakin serialı izləyənlərin ortaq bir fikri var.

9. THE LAST DANCE
Netflix istehsalı olan The Last Dance serialı olmuş hadisələri lentə alıb və əfsanəvi basketbolçu Michael Jordan-ın həyatından bəhs edir. Deyilənlərə görə, Jordan ilk vaxtlar belə bir serialın çəkilməsini istəmirdi. Sonradan LeBron James-in bir çox insan tərəfindən tarixin ən yaxşı basketbolçusu olması və James-in yeni Space Jam filmində baş rol oynaması Jordan-ı fikrindən daşındırır.
Michael Jordan nə qədər möhtəşəm olsa da, onu tanımayan, LeBron-un ulduz olduğu bir dövrdə yaşayan bir generasiya var idi. Amma bu serialdan sonra Jordan yenə məhşurluğunun pik səviyyəsinə çatdı. Markası Air Jordan da satışlarda böyük qazanc əldə etdi. Serialın izləyənlər tərəfindən bu qədər sevilməsinin səbəbi Jordan-ın karyerasının gərgiliyi möhtəşəm formada izləyiciyə təqdim edilməsidir.

8. BİR BAŞKADIR
Bir Başkadır serialında həyatı bir-biriləri kəsişən bir neçə insanın hekayəsindən bəhs edilir. Bu serial da Netflix və qardaş ölkə Türkiyə istehsalıdır. Türkiyəli izləyicilərin bir çoxunun fikrincə, bu serial Netflix-dəki ən yaxşı türk serialıdır. Serialın bu qədər çox sevilməsinin səbəbi isə, serialda hər kəsin bir-birini düşmən gördüyü bir dövrdə insanları kateqoriyaya bölmədən, insan olaraq göstərilməsidir.

7. RICK AND MORTY
Hazırda davam edən seriallar arasında ən yaxşı seriallardan olan "Rick and Morty" bir neçə ildir davam edir. Lakin sonuncu sezonu məhz 2020-ci ildə çıxdı və bu səbəbdən siyahımızdadır. Rick and Morty yetkin insanlar üçün olan animasiya serialıdır. "Cartoon Network" telekanalının istehsalı olan serial uşaqlar üçün bir o qədər də uyğun deyil. İzləyənlərin serialı sevmə səbəbi isə hər seriyada olduqca maraqlı hadisələrin baş verməsidir. 2013-cü ildən başlayan serial 18+ kateqoriyasına aid olsa da, böyük-kiçik ayrımı olmadan böyük bir kütlə tərəfindən maraqla izlənir.

6. BOJACK HORSEMAN
Netlfix rəhbərliyinin təzyiqlərinə görə 1 sezon daha tez yekunlaşan BoJack Horseman yetkişlər üçün çəkilmiş başqa bir animasiya serialıdır. 2014-cü ildə başlayan serialın yanvar ayında son sezonu yayımlandı və bununla da serial yekunlaşdı.

Serial özündə bir çox şeyi ehtiva edirdi. Serialda keçmişdə məhşur olmuş bir aktyorun həyatı izləyicilərə nümayiş edilir. Serial hər nə qədər gülməli olsa da, bir o qədər də psixoloji baxımdan dərindir. "Bir çoxumuz çox çalışmaq, çox yaxşı bir insan olmaq istəyirik. Ancaq yaşadığımız bəzi şeylər və alışqanlıqlarımıza görə həmişə özümüzə mane oluruq. Özümüzə mane olduğumuzun fərqində olsaq da, alışqanlıqlarımızdan əl çəkə bilmir, keçmişdə yaşadığımız şeylərin təsirindən çıxa bilmirik. Nəticədə həyatımızı istədiyimiz formada davam etdirə bilmirik". BoJack bu tərz hissləri izləyiciyə çatdırmaqda çox uğurlu olduğu üçün bir çoxları tərəfindən sevilir.

5. HARLEY QUİNN
DC şirkəti hər nə qədər filmlərində uğursuz olsa da, çizgi-romanlar, animasiyalar və bir çox kateqoriyada olduqca uğurludur. Serialın ilk sezonu uğurlu olmasa da, 2020-ci ildə yayımlanan ikinci sezon izləyicilərin rəğbətini qazandı. Rick and Morty və BoJack Horseman serialı da animasiyadır.

4. THE HUNTİNG OF BLY MANOR
Netflix istehsalı olan bu serial fərqli janrdadır. Fantastik və qorxu janrında olsa da, izləyənləri bir o qədər də qorxuda bilməmişdi. Serial özündə daha çox eşq və sevgi motivlərini ehtiva edirdi. Serialın məlumatlarında janrına qorxu janrı yazılması insanlarda önyarğı yaratdı. Buna görə də, bir çoxları serialı izləmədi, lakin izləyənlər serialı bəyəndi və onlara olduqca xoş hisslər yaşatdı.

3. I HATE SUZIE
Sky Atlantic istehsalı olan serial dram-komediya janrındadır. Serialda məhşur, amma çox da uğurlu olmayan bir aktrisanın həyatından bəhs olunur. Serial bu aktrisanın intim şəkillərinin internetə sızmasından sonra başlayır. Serialın komediya və dram arasındakı gediş-gəlişi izləyicilər tərəfindən çox sevilib. Həmçinin baş rolumuz Suzie-nin də nələri edəndə özünə mane olması izləyicinin serialla arasında bağ qurmasına kömək olub.

2. NORMAL PEOPLE
BBC şirkətinin çəkdiyi serial Sally Rooney-in eyni adlı romanı əsasındadır. Romantik janrda olan bu serial sözügedən janr üçün ideal seriallardandır. Çünki romantik janrda olmalı olan hər bir detal bu serialda var: rollarını məharətlə canlandıran gözəl və yaraşıqlı aktrisa və aktyorlar, yaxşı ssenari, özlərini, məqsədlərini tapa bilməmiş insanların aşiq olması, eşqdən əlavə; həyatın insanların qarşısına çıxardığı çətinliklər. Bu sadaladıqlarımız sayəsində izləyici və serial arasındakı o bağ quruldu və Normal People serialı böyük rəğbət qazandı.

1. THE QUEEN'S GAMBIT
Netflix istehsalı olan The Queen's Gambit-in çıxması 2020-ci ildəki ən möhtəşəm hadisələrdən biri oldu. Eyni zamanda bu serialın çıxmasıyla bir anda hər kəs şahmat maraqlısı oldu. Gənc bir qızın şahmat ustası olmağı istəməyini lentə alan serialdan sonra şahmat taxtalarının satışlarda üç dəfə artım müşahidə olunub. Bununla yanaşı, onlayn şahmat saytlarında rekord sayda yeni istifadəçi hesabları açılıb.
Serialdakı şahmat oyunları səhnələri sanki aksiyon filmiymiş kimi çəkilib. Buna baxmayaraq, serialı izləmək üçün şahmatı bilməyinizə gərək yoxdur. Aktyor və aktrisaların peşəkarlığı sayəsində serialda baş verənləri onların mimikalarından anlaya bilərsiniz.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.