Seriallar

Məşhur türk serialı Rusiyada yenidən çəkiləcək

23 Dekabr 2022 17:58
Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Sən çal kapımı" türk serialının yenidən çəkilməsi planlaşdırılır. Onun istehsalı ilə eyni vaxtda bir neçə şirkət - "Mediaslovo", "Qazprom-Media" holdinqi və "Okko" onlayn kinoteatrı əməkdaşlıq edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Okko"nun mətbuat xidməti serialın Moskvada çəkiləcəyini bildirib.

"Rusiyada ilin ən uğurlu xarici serialı orijinaldan təkcə aktyorlar və səhnə tərtibatı ilə fərqlənəcək. Tamaşaçılar layihənin dramaturgiyasının ümumi cazibəsini saxlayacaq süjet fərqlərini də görəcəklər", - deyə "Mediaslovo"nun baş prodüseri Danila Şarapova deyib.

Serialın rus versiyası TNT-də, həmçinin "Okko" və "Premier" onlayn kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, "Sən çal qapımı" serialı özünü cütlük kimi göstərməyə məcbur qalan çiçəkçi xanım və iş adamı haqqındadır. Baş rollarını Hande Erçel və Kerem Bürsinin ifa etdikləri serial dünyanın 85 ölkəsində yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory