Seriallar

“Əjdaha Evi”nin buraxılış tarixi açıqlandı - FOTO

1 Aprel 2022 17:24
0 Şərh     Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HBO "Əjdaha Evi" serialından bəzi yeni kadrları təqdim edib və "Taxt Oyunları" prikvelinin buraxılış tarixini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tamaşanın premyerası avqustun 21-də olacaq. Müəlliflər yeni kadrlarda şahzadə Reynir, Alisent Haytauer, Vizeris I Tarqarien və başqalarını göstəriblər.

Serialın hadisələri "Game of Thrones" hadisələrindən 200 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vestorasda hakimiyyət dövrünü göstərəcək.

"Tanrılar, krallar, alov və qan. Bizi padşah edən xəyallar deyil, əjdahalar idi", - deyə layihənin 2021-ci ilin sonunda yayımlanan tizerində deyilir.

Serialın çəkilişləri 2022-ci il fevralın ortalarında Böyük Britaniyada tamamlanıb. Layihənin şourannerləri Rayan Kondal və Migel Sapoçnikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.