Sağlam qida

Bu şokoladlar marketlərdən yığışdırılır - İçindən dəmir çıxa bilər

9 Aprel 2025 12:00
Baxış: 2 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tony's Chocolonely" markasının şokoladları marketlərdən yığışdırılır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, südlü şokolad məhsullarında metal qırıntıları ola biləcəyi şübhəsi ilə təcili geri çağırılma qərarı alınıb. Şirkət 242 qramlıq südlü şokoladlarının 2025-ci ilin iyun ayının sonuna qədər olan istehsal tarixli partiyalarının istehlak edilməməsini və dərhal geri qaytarılmasını bildirib.

Qida təhlükəsizliyi mütəxəssisləri istehsal prosesində problem yaşanmasının mümkün olduğunu vurğulayıblar.

İstehlakçılara şokoladların partiya kodlarını və son istifadə tarixlərini yoxlamağı tövsiyə edən mütəxəssislər məhsulun geri qaytarılması üçün tonyschocolonely.com və food.gov.uk saytlarına müraciət etmələrini istəyiblər.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.