Putin Nikola zəng etdi, amma Əliyevə yox. Niyə?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəri başdan deyək ki, Brüsseldə prinsipial məsələlər həll edilməyəcək, hər hansı sənəd imzalanmayacaq. Sadəcə olaraq tərəflər sülh müqaviləsinə, sərhədlərin demarkasiyası və delimitasiyasına, eləcə də Zəngəzur dəhlizinin açılmasına dair ilkin fikir mübadiləsi aparacaqlar. Əsas müzakirələr, sənədlərin imzalanması, danışıqların həlledici mərhələsi isə Moskvaya qalır.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə gözlənilən görüşünü şərh edərkən deyib.
"Məlumdur ki, Paşinyan danışıqlar prosesində ABŞ və Fransanın iştirakını təmin etmək istəyir. Həmçinin Brüssel görüşündən də istifadə edib, müzakirələrə Avropa ölkələrini, xüsusilə ATƏT-in Minsk Qrupunu qoşmağa çalışır. Minsk Qrupunun əsas niyyəti Qarabağın dağlıq hissəsində yaşayan erməni separatçılarının "statusu" məsələsini gündəmə gətirməkdir. Ancaq Azərbaycan qəti şəkildə bunun əleyhinədir. Böyük ehtimalla, Azərbaycan tərəfi bunun reallaşmasına imkan verməyəcək", - politoloq bildirib.
Q.Hüseynlinin sözlərinə görə, Qərb dövlətləri, xüsusən Fransa və ABŞ çalışır ki, Ermənistanın vasitəsilə regiona cəlb olunsunlar:
"Amma Rusiya onları yaxın buraxmır. Valday klubunda çıxışı zamanı Putin söyləmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirməsini üç dövlət bir yerdə, Rusiyanın moderatorluğu ilə həyata keçirəcək. Başqa bir dövlətin iştirakına ehtiyac yoxdur. Bu, Qərblə Rusiya arasında rəqabət olduğunu aydın surətdə üzə çıxartdı. İndi isə AB Şurasının Prezidenti Şarl Mişel fürsətdən istifadə etdi. Onsuz da Paşinyan onların quludur. Əliyev Brüsseldə görüşə razılıq verdi. Çünki biz danışıqlardan qaçmırıq. Amma onu da unutmuruq ki, bu danışıqlarda moderatorluq Qərblə Rusiya arasında rəqabətə çevrilib".
Politoloq qeyd edib ki, noyabrın əvvəlində təyin olunmuş üçtərəfli görüşü Paşinyan boykot etdi:
"Çünki keçmiş Dağlıq Qarabağın "status" məsələsinin görüşün gündəliyində olmayacağını bilirdi. Digər tərəfdən, Paşinyan sərhədlərin müəyyənləşməsinə hazır deyildi. Ancaq sərhəddən baş verən son insident və Ordumuzun təxribatın qarşısını sərt şəkildə almasından sonra başqa yolu qalmadı".
Q.Hüseynli Brüsseldə görüş xəbəri yayıldıqdan sonra Putinlə Paşinyan arasında baş tutan telefon danışığını belə şərh edib:
"Putinin Paşinyanla danışmasının səbəbi ona xəbərdarlıq etmək idi. Paşinyana izah edildi ki, Qərbi bölgəyə gətirməyə çalışmasın. Putin nə üçün Əliyevə zəng etmədi? Çünki Bakının mövqeyi tam, aydın və şəffafdır, fitnə-fəsadı quran Paşinyandır. Axırıncı telefon danışığından sonra Paşinyan tam fərqli açıqlama verdi. Görünür, Putin ona mövqeyini yaxşıca izah edə bilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub





