Rusiya

Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

4 Sentyabr 2021 11:42
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil". O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.