Qərb ölkələrindən Rusiyaya tələb - separatçı bölgələri tanımaq qərarını geri çək, qoşunlarını çıxart
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə Qərb ölkəsi, o cümlədən ABŞ. Böyük Britaniya və Fransa birgə bəyanat yayaraq Rusiyanı Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımaq barədə qərarını geri çəkməyə, habelə bu regionlardan qoşunlarını çıxartmağa çağırıb.
BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqust hadisələrinin 13 illiyi ilə bağlı yayılmış bəyanatda bildirilir: "Bu gün biz bir daha Rusiya Federasiyasını ləngimədən öz qoşunlarını və təhlükəsizlik qüvvələrini çıxartmağa, habelə Gürcüstan ərazilərindəki Cənubi Osetiya və Abxaziyanın qondarma müstəqilliklərinin tanınmasına dair qərarına yenidən baxmağa çağırırıq".
Bəyanatı habelə BMT Təhlükəsizlik Şurasında təmsil olunan Estoniya, İrlandiya və Norveç, o cümlədən tezliklə orada təmsil olunacaq Albaniya da imzalayıblar. Bəyanatda Rusiyanın Gürcüstanın separatçı bölgələrində qanunsuz hərbi iştirakı pislənilir və Moskvanın bu regionları ilhaq etməyə yönəlmiş siyasət yürütdüyü bildirilir.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavni Dmitri Polyanski isə bəyanatı şərh edərək qərb ölkələrinin bu çağırışını "fantom ağrılar" kimi qiymətləndirib. Və deyib ki, Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi" reallıqdır, bu reallığa məhəl qoymamaq mümkün deyil.
2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana hərb müdaxilə edib və separatçı bölgələri öz nəzarətinə alıb. Daha sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyanın ardınca Venesuela, Nauru və Nikaraqua da belə qərar veriblər, amma Moskvanın iki separatçı bölgənin qondarma müstəqilliklərinin tanınması kampaniyasını genişləndirmək səyləri bundan artıq nəticəyə gətirib çıxarmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)





