Rusiya

Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - FOTO

12 Sentyabr 2025 15:30
Baxış: 497
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yekaterinburqun Koltsovo hava limanında gömrükçülər Bakıdan gələn 29 yaşlı bərbəri saxlayıblar.

Milli.Az xəbər verir ki, onun salonuna gətirməyi planlaşdırdığı bəyan edilməmiş ülgüclər və digər avadanlıqları aşkar edilib.

Məlumata görə, sərnişin "yaşıl dəhliz"dən keçərkən gömrükçülər onun baqajında ümumi çəkisi 5 kq-dan çox olan saç kəsən maşınlar və mumu qızdırmaq üçün qab aşkar edib. Sərnişin mallara dair bəyannamə doldurmadığını və gömrük qaydalarını tanımadığını bildirib.

Bərbər barəsində İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi (malların bəyan edilməməsi) üzrə inzibati iş açılıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.