Rusiya

Putin Zelenski ilə görüşə bilər

4 Avqust 2025 14:51
Baxış: 486
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək imkanını istisna etmir.

Milli.Az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O bildirib ki, belə bir görüş yalnız ekspert səviyyəsində aparılan hazırlıq işlərindən sonra mümkün ola bilər. 

Peskov qeyd edib ki, bu cür görüşlərin effektiv və nəticə yönümlü olması üçün əvvəlcədən gündəliyin və əsas məsələlərin razılaşdırılması vacibdir. Onun sözlərinə görə, Rusiya tərəfi istənilən diplomatik təşəbbüsə qarşı deyil, lakin prosesin real məzmunu və məqsədi olmalıdır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.