Siyasət

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib

4 Avqust 2025 16:23
Baxış: 322

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Bundan başqa, "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.